Azərbaycan Alimləri Özbəkistanda Türk Dünyası Modernləşməsi III. Türk Dünyasında Cedidçilik Simpoziumunda iştirak ediblər
Konfranslar 08 окт 2025, 19:09



Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun "İdentiklik, Multikulturalizm və Azərbaycançılıq fəlsəfəsi" şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Xatirə Quliyeva "Modernizm (Aydınlanma) Çağında Batı Avrupada Yeni Ahlak Anlayışı" , Bakı Mühəndislik Universitetinin professoru, tarix elmləri doktoru Şikar Qasımov "Nahçıvan Eğitiminin Gelişiminde Eğitim Tarihi ve Okulların Rolü" , A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun "Əliyevşünaslıq" şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Günel Aslanlı "Azərbaycan Toplumunda Kadın Kurtuluş Fikirlerinin Tarihsel Gelişimi (Cedidçilikden Modern Çağa) " , Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetinin kafedra müdiri Əfşan Şəfiyeva "İranda moderinleşme ideolojisinin oluşmasında Azerbaycan Türklerinin Rolü" (Seyyid Hasan Tağızade örneğinde)" və Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşı Sevinc Quliyeva "Ünlü Azerbaycan Modernisti Həsən bəy Zərdabinin Mirasında Ulusal Psikolojik Yönler" mövzuları ilə 06-08 oktyabr tarixində Türkiyənin İzmir Ege universitetinin təşkilatçılığı və Özbəkistanın Daşkənd İqtisadiyyat və Pedaqogika universitetində Türk Dünyası Modernləşməsi III Türk Dünyasında Cedidçilik Simpoziumunda iştirak etmişlər.
100-dən çox alimin qatıldığı simpoziumda Azərbaycan alimlərinin məruzə və çıxışları maraqla qarşılanmışdır. Fəlsəfə və Sosiologiya İnstitutunun "İdentiklik, Multikulturalizm və Azərbaycançılıq fəlsəfəsi" şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Xatirə Quliyevaya Özbəkistanın Fəxri qonağı kimi xüsusi olaraq Özbəkistanın milli geyimi, araqçın və digər milli hədiyyələr verilmişdir.









