Khatire Guliyeva. "Azerbaijan Modernism. Philosophical-Ethical, and Identity Issues" (LAMBERT 2026)
Monoqrafiyalar 19 окт 2026, 12:14Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun İdentiklik, Multikulturalizm və Azərbaycançılıq fəlsəfəsi şöbəsinin müdiri fəlsəfə elmləri doktoru Xatirə Quliyevanın "Azerbaijan Modernism. Philosophical-Ethical, and Identity Issues" monoqrafiyası Lambert akademik nəşriyyatında 7 dildə çapdan çıxıb.
Monoqrafiyada XIX əsrin ikinci yarısı və XX əsrin əvvəllərində Azərbaycanda maarifçilik (modernizm) hərəkatının əsas iştirakçılarından biri, həmçinin milli fəlsəfi-estetik fikrin və komediya sənətinin banisi Mirzə Fətəli Axundovun zəngin ədəbi və publisistik fəaliyyəti tədqiq edilir. Tədqiqatda, həmçinin Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev kimi görkəmli maarifçi xadimlərin və XX əsrin əvvəllərinin Cəlil Məmmədquluzadə və Üzeyir Hacıbəyov kimi aparıcı yazıçılarının xidmətləri nəzərdən keçirilir. Tədqiqat işi onların özünəməxsus ədəbi yaradıcılığına, eləcə də bütün tarixi dövrlər üçün aktual olan və müasir dövrdə xüsusi əhəmiyyət kəsb edən kimlik prizmasından milli və mənəvi əsasların fəlsəfi-etik təfsirinə diqqət yetirir.
Monoqrafiyada, həmçinin qloballaşma mərhələsinin formalaşdırdığı müasir fəlsəfi meyar və prinsiplər fənlərarası kontekstdə təhlil edilir, onların elmi və obyektiv əhəmiyyəti müəyyən olunur.










