Xatirə Quliyeva. "Azərbaycanda maarifçi estetika". (Bakı. ELM.2001)
Monoqrafiyalar 19 окт 2026, 12:46Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Sosiologiya İnstitutu İdentiklik,Multikulturalizm və Azərbaycançılıq fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Xatire Quliyevanın fəlsəfə üzrə elmlər doktoru elmi dərəcəsini almaq üçün yazdığı doktorluq dissertasiyasını əhatə edən "Azerbaycanda maarifçi estetika" monoqrafiyası 2001-ci ildə çap olunmuşdur.
Xatirə Quliyevanın təqdim olunan "Azərbaycanda maarifçi estetika" monoqrafiyası onun 5 illik elmi fəaliyyətinin nəticəsidir. Xatirə Quliyeva monoqrafiyanın əsas fəsillərini əhatə edən "dünya maarifçi estetikasının əsas prinsipləri", "Azərbaycan maarifçilərinin publisist yaradıcılığı", "milli mədəniyyət nəzəriyyəsi", "Nəcəf bəy Vəzirov və Azərbaycanda maarifçi estetikanın bəzi məsələləri" və başqa məqalələrlə ELM qəzetində çıxış etmiş, bununla mövzunun mahiyyəti, əhəmiyyəti haqqında məlumat vermişdir.









